Şrift:
Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb
11.10.2016 [10:35] - Gündəm, Siyasət
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oktyabrın 10-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan prezidenti fəxri qarovul dəstəsini salamlayıb.

Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed