Şrift:
MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr keçiriləcək
29.10.2016 [11:06] - Gündəm, Siyasət
Noyabrın 1-2-də Minskdə, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində Birlik çərçivəsində “MDB-nin iştirakçısı olan ölkələrin Avropa təhlükəsizliyi məsələləri üzrə Avropa İttifaqı və NATO ilə qarşılıqlı fəaliyyəti haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahından məlumat veriblər.

Məsləhətləşmələrin iştirakçıları Gürcüstan, Moldova və Ukrayna tərəfindən Avropa İttifaqı ilə assosiasiya, habelə dərin və geniş əhatəli azad ticarət zonası haqqında sazişlərin imzalanmasının MDB çərçivəsindəki azad ticarət zonası üçün ticari-iqtisadi nəticələrini müzakirə edəcəklər.

Postsovet məkanında Şərq tərəfdaşlığı siyasətinin yürüdülməsinə Avropa İttifaqının yanaşmaları haqqında da söhbət gedəcək, MDB və Aİ ölkələrinin qarşılıqlı fəaliyyətinə ümumi qiymət veriləcək, Mərkəzi Asiyada Avropa İttifaqının siyasəti müzakirə ediləcək

Məsləhətləşmələrin iştirakçıları MDB ölkələrinin NATO ilə qarşılıqlı fəaliyyəti məsələsini də nəzərdən keçirəcəklər.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed