Şrift:
Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir"
29.10.2016 [11:44] - Gündəm, Siyasət
BMT-nin baş katibi Pan Gi Mun MDB, KTMT və ŞƏT regional təşkilatları ilə dialoq və əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab edir.
O bunu cümə günü BMT Təhlükəsizlik Şurasının BMT-nin regional təşkilatlar ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə iclasında bildirib.
Pan Gi Mun BMT-nin MDB, KTMT və ŞƏT ilə terrorçuluqla mübarizə məsələləri üzrə əməkdaşlığını, onların BMT-nin Mərkəzi Asiyada əks-terror strategiyasında fəal iştirakı və dəstəyini qeyd edib.
O, narkotik trafiki və qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib. Baş katib BMT-nin bu məhsuldar tərəfdaşlığın gücləndirilməsinə sadiq olduğunu bildirib.
"Strateji dialoqu dərinləşdirmək, ümumi yanaşmaları yaranan böhranlara uyğunlaşdırmaq və sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir", - deyə Pan Gi Mun əlavə edib.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed