Şrift:
Moldovada prezident ikinci turda seçiləcək
31.10.2016 [10:47] - Gündəm, Siyasət
Moldovada ölkə prezidenti sol və sağ müxalifət liderlərinin iştirak edəcəyi ikinci turda məlum olacaq.
Birinci turda qalib gəlmək üçün namizədlər 50 faiz üstəgəl bir səs toplamalı idilər.
Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, protokolların 98,6%-nin açılmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon seçici səslərinin 48,6%-ni, sağçı Avropayönlü koalisiyadan yeganə namizəd Mayya Sandu isə səslərin 37,9%-ni toplayır.
"Hələ ki, səsvermənin ilkin nəticələri var. Biz yekun nəticələr barədə danışa bilmərik, lakin aydın görünür ki, heç bir namizəd 50%-dən çox səs toplamayacaq", - deyə jurnalistlərə MSK üzvü Yuri Çekan bildirib.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed