Şrift:
Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq
31.10.2016 [12:20] - Gündəm, Siyasət
Rusiya NATO-nun 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrə dörd batalyon göndərməsini cavabsız qoymayacaq.
Bunu Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "İzvestiya" qəzetinə bildirib.
"NATO-nun Uelsdəki sammitindən bu yana alyans ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşləri Rusiya-NATO münasibətləri üçün, təəssüflər olsun ki, hər hansı bir müsbət siqnal verməyib. Alyansın tutduğu hazırkı yol get-gedə uzunmüddətli xarakter almağa başlayır. Xüsusilə, alyansın qondarma Şərq "cinahı"nın möhkəmləndirilməsi çərçivəsində batalyon səviyyəsində "gücləndirilmiş" çoxmillətli kontingentlərin formalaşdırılması prosesi gedir və bu batalyonlar 2017-ci ilin əvvəlində Baltik ölkələri və Polşada yerləşdiriləcək", - deyə Qruşko bildirib.
O, "NATO tərəfindən görülən tədbirlərin cavabsız qalmayacağını" qeyd edib. Diplomat, həmçinin bildirib ki, alyans Qara dəniz ərazisində də öz mövcudluğunu gücləndirir.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed