Şrift:
Mixeil Saakaşvili vəzifəsindən istefa verib
07.11.2016 [16:26] - Gündəm, Siyasət
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.
TASS xəbər verir ki, o, bu barədə qərarını noyabrın 7-də bəyan edib.
“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, - deyə, o istefa ilə bağlı açıqlamasında vurğulayıb.
Saakaşvili Ukrayna prezidenti Pyotr Porşenkonu “yalan” danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar Maydan hərəkatı ideyalarından sui-istifadə ediblər.
Ukrayna KİV-inin məlumatına görə, M.Saakaşvili Kiyevə yola düşüb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed