Şrift:
AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı
16.03.2012 [10:52] - Güney Azərbaycan xəbərləri
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.
Aprelin 23-dən 27-dək keçiriləcək sessiyanın ilk iş günündə büro və siyasi qruplarda yığıncaqlar keçiriləcək, AŞPA-nın sədri deputatlar qarşısında qış sessiyasından ötən müddət ərzində görülmüş işlərə dair məruzə ilə çıxış edəcək, Assambleyanın vitse-prezidentləri seçiləcək, Nazirlər Komitəsinin sədri, Böyük Britaniyanın Avropa məsələləri və xarici işlər naziri David Lidinqton rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat verəcəkdir.
Sessiyanın sonrakı günlərində İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, idmanda etika və onun səmərəli idarə olunması, media və internetdə informasiya və ifadə azadlığı, maliyyə və iqtisadi böhran dövründə pensiyaların məbləğinin aşağı salınması və digər məsələlər müzakirə olunacaqdır.
Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciyanın, digər dövlət və siyasi xadimlərin çıxışları da nəzərdə tutulmuşdur.
Sessiyanın gündəliyində Azərbaycan ilə bağlı hər hansı bir məsələnin müzakirəsi nəzərdə tutulmasa da, azərbaycanlı deputatlar fikir mübadiləsi zamanı ölkəmizin mövqeyini bildirəcəklər.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed