Şrift:
Milli Məclis 36 məsələyə görə toplanır - GÜNDƏLİK
29.11.2016 [10:31] - Xəbərlər, Siyasət
Bu gün Milli Məclisin pazyız sessiyasının növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir. Məsələlərin əksəriyyəti bir çox qanunlara əlavə və dəyişiklər edilməsi ilə bağlıdır

Parlamentin iclasının gündəliyinə bu məsələlər daxildir:

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik;
“Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik;
“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik;
“Körpələrin və erkən yaşı uşaqların qidalanması haqqında” qanuna dəyişiklik;
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişiklik;
“Poçt haqqında” qanuna dəyişiklik;
“Çayçılıq haqqında” qanuna dəyişiklik;
“Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişiklik;
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik;
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik;
“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik;
“Ailə kəndli təsərrüfatı haqqında” qanuna dəyişiklik;
“Atçılıq haqqında” qanuna dəyişiklik;
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna dəyişiklik;
“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik;
İnzibati Xətalar Məcəlləsində dəyişiklik;
“Notariat haqqında” qanuna dəyişiklik;
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozmalarının profilaktikası haqqında” qanuna dəyişiklik;
Cinayət Prosesual Məcəlləsində dəyişiklik;
“Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik;
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;
“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik;
“Turizm haqqında” qanuna dəyişiklik;
“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik”;
Vergi Məcəlləsində dəyişiklik;
“Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi (1-ci oxunuşda);
““Əmək ordeni”nin təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasında orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik ( “Əmək ordeni” yaradılır);
“Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” sazişin təsdiq edilməsi;
“Serbiya Respublikasında avtomobil magistralının bir hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanan kredit sazişində dəyişiklər edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi.


Ağa AKİFOĞLU
[right][/right]
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed