Şrift:
Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Beynəlxalq Teatr Festivalında
02.09.2017 [18:44] - Gündəm, Afişa
Yuğ Dövlət Teatrı beynəlxalq münasibətlərin, qarşılıqlı yaradıcılıq mübadiləsinin inkişafı istiqamətində işlərini davam etdirir. Teatrın direktoru Tərlan Rəsulov 30 avqust - 6 sentyabr tarixlərində İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır. Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda (30-31 avqust tarixlərində) T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” (Spontaneous acting in the ritual performance) adlı məruzə ilə çıxış edib. Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən – Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri iştirak edir.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed