Şrift:
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
15.12.2017 [14:31] - Gündəm, İslam dini
Dekabrın 21-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfrans keçirəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil ediləcək konfransda 40-dan çox ölkədən və 8 beynəlxalq təşkilatdan 200-dən artıq elm, din xadimi, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

Xatırladaq ki, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək Bakıda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və Naxçıvanda beynəlxalq tədbirlər keçirilib.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed