Şrift:
Zakir Həsənov Türkiyənin PUA istehsal edən şirkətinin rəhbərliyi ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib
31.03.2018 [12:54] - Gündəm, Hərb
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed