Şrift:
Avropa Şurası Urmiya gölünün qurudulmasına etinasız deyil
29.06.2012 [11:09] - Güney Azərbaycan xəbərləri
Bildiyimiz kimi 7-8 yanvar 2012 –ci il tarixində GAMAC-ın qurultayı zamanı GAMAC başkanı prof. Qulamrza Səbri Təbrizi və GAMAC-ın idarə heyətinin üvləri ilə Avropa Şurası Parlamentinin üzvi Jouni Vauhkonen arasında Urmiya gölünün qurudulması məsələsi ətrafında söhbətlər getmişdir və o bu məsələyə diqqət yetirəcəyini bildirmişdir.
Bu gün Avropa Şurası Parlamentinin üzvi Jouni Vauhkonen ilə professor Qulamrza Səbri Təbrizinin telefon əlaqəsi olmuşdur.Bu barədə davam.az saytına GAMAC başqanı prof.Səbri Təbrizi məlumat verib.O bildirib ki, Danışıqlar zamanı Jouni Vauhkonen bildirmişdir ki, Avropa Şurası Urmiya gölünün qurudulmasına ciddi yanaşır.
Bununla yanaşı AŞPA-nın üzvi qeyd etmişdir ki, bu məsələylə bağlı hər hansı seminar və tədqiqatlara da maraq göstərir. GAMAC başkanı prof. Q.S. Təbrizi öz növbəsində bildirmişdir ki, bu barədə iyulun əvvələrində seminar keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu seminar barədə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed