Şrift:
Azərbaycan diaspor təşkilatlarının ABŞ-da reallaşdıracağı layihələrlə bağlı müzakirələr aparılıb
04.10.2018 [10:25] - Diaspor
Azərbaycanda keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıya dəvət olunan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental, “Mənim Yolum” İnkişaf Mərkəzinin prezidenti Elina Xanukova və AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet saytı və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyevin, aparat rəhbəri Daşqın Rəcəblinin və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed