Şrift:
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gənclərinin birgə konserti olub
29.11.2018 [10:05] - Gənclik
“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində hər iki ölkənin yaradıcı gənclərinin Beynəlxalq Muğam Mərkəzində birgə konserti keçirilib.

Tədbirdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Belarusun Təhsil Nazirliyinin əməkdaşları və hər iki ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İki ölkənin istedadlı gənclərinin konserti böyük maraqla qarşılanıb.

Konsert Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Belarus Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019-cu illər üçün birgə tədbirlər planına əsasən təşkil olunan “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində reallaşıb. “Azərbaycanda Belarus gəncləri günləri”nin keçirilməsində məqsəd iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir.

Tədbir çərçivəsində Belarus və Azərbaycan gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Azərbaycan və Belarus gənclər siyasəti sahəsində inkişafı və əməkdaşlığı perspektivləri” mövzusunda “dəyirmi masa” təşkil olunub, gənclər üçün ustad dərsləri keçirilib, konsertlər və tarixi məkanlara ekskursiyalar reallaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed