Şrift:
Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib
01.12.2018 [09:45] - Gündəm, Hadisə, Borçalı
Ən çox ziyan İmereti, Meqreliya-Yuxarı Svaneti regionlarına dəyib.

Gürcüstanın fövqəladə halların idarəetmə xidmətinin məlumatına görə, İmereti bölgəsində qasırğa 60 evin damını uçurub, mərkəzi küçə və prospektlərdə 25 ağacı aşıraraq yolları bağlayıb, 5 avtomobil ağacların altında qalıb.

Meqreliya-Yuxarı Svaneti bölgəsində də vəziyyət acınacaqlıdır. Bölgədə evlərin damı uçub, yaşayış massivlərinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Ümumiyyətlə qəzalarla bağlı bu bölgədən fövqəladə hallar xidmətinə 210 müraciət daxil olub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed