Şrift:
“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti Azərbaycana gətirilib
08.01.2019 [10:36] - Gündəm, Mədəniyyət
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından “Qisseyi-Əbu Əli Sina” əsərinin surətini əldə edib.

Akademiyadan bildirilib ki, Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş və Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

“Qisseyi-Əbu Əli Sina” 99 vərəqdən ibarətdir, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılıb. Əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed