Şrift:
Türkiyə rəsmisi Donald Trampın təhdidinə cavab verdi
14.01.2019 [11:46] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Ankaranın kürdlərə hücum edəcəyi təqdirdə bu ölkənin iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdidinə münasibət bildirib.

Anadolu agentliyi xəbər verir ki, İ.Kalın deyib: “Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz. Türkiyə ABŞ-dan strateji tərəfdaşlıqla bağlı öhdəliklərini yerinə yetirməyi və buna terror təbliğatı ilə kölgə salmamağı gözləyir”.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun da bildirib ki, Ankara kürdlərin düşməni deyil, himayədarıdır. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün Suriyada terror təşkilatlarına qarşı əməliyyatlar aparır və buna davam edəcək.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed