Şrift:
Təbrizin “Maşınsazi” komandasının oyunçusu “Sumqayıt” klubuna transfer edilib
18.01.2019 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli futbolçu Peyman Babayi Azərbaycan Respublikasının “Sumqayıt” klubuna transfer edilib.

Azərbaycanlı hücumçu “Maşınsazi”nin sahibinin İstanbuldakı ofisində “Sumqayıt” klubuna keçməklə bağlı müqaviləyə imza atıb.

18 aylıq müqavilə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Peyman Babayi 8 nömrəli formada çıxış edəcək.

“Traxtur” klubunun yetirməsi olan Peyman Babayinin 24 yaşı var, o Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostəreş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed