Şrift:
Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb
18.06.2019 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şəhərində divarlara güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas lisani və Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

Milli-mədəni fəallar iyunun 17-də, Əmir Səttarinin aclıq aksiyasının 8-ci günündə şəhərin müxtəlif məhəllələrində divarlara aşağıdakı şüarları yazıblar:
“Biz Əmir Səttarinin səsiyik”, “Əmir Səttariyə özgürlük”, “Güney Azərbaycanın siyasi məhbuslarına gözgürlük”, “Azərbaycan var olsun – Lisani azad olsun” və s.

Əmir Səttari iyunun 10-dan Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirir. O aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülərək təknəfərlik kameraya aparılıb.

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Mayın 27-dən aclıq aksiyası keçirən fəal iyunun 15-də aksiyasını şərti olaraq dayandırıb. O güney azərbaycanlı fəallar və ailə üzvlərinin müraciətindən sonra belə bir qərar verib.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed