Şrift:
Bu il paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır
09.07.2019 [10:30] - Sosial
Bu il Bakıda daha iki “DOST” mərkəzinin fəaliyyətə başlaması gözlənilir. Belə ki, paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır. Gələn ildən həmin mərkəzlər regionları da əhatə etməyə başlayacaq.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinin direktoru Seymur Alıyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

S.Alıyev bildirib ki, mayın 9-da açılan 1 saylı “DOST” mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-dən çox vətəndaş müraciət edir. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST mərkəzi”nin açılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed