Şrift:
Qərbi Azərbaycan Əyalətində daha bir məntəqənin türkcə adı fars sözü ilə dəyişdirilib
12.07.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi Güney Azərbaycanda türk dilində olan coğrafi adları dəyişdirmək prosesini davam etdirir.

Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin sərhədyanı Çaldıran bölgəsində yerləşən “Avacıq” məntəqəsinin adı dəyişdirilərək “Dəştək” adlandırılıb.

“Avacıq” sözü “abadlıq” mənası verən “Ava” və “kiçik” mənasında olan “cıq” şəkilçisinin birləşməsidir, türk dilində “kiçik abadlıq” və ya “kiçik kənd” mənası daşıyır.

“Avacıq” məntəqəsi Türkiyə ilə həmsərhəddir. Bu məntəqə kürd terror qruplaşmalarının aktiv olduğu bölgələrdən biridir.

Əslində İran rejimi bu məntəqədə coğrafi adları dəyişdirməklə bölgənin kürdləşdirilməsi prosesinə yardım göstərir. Dövlət müxtəlif layihələr adı altında əşayir adlandırdığı kürdləri bu məntəqədə yerləşdirir, bu məqsədlə Çaldıran kəndlərinin ərazisi tədricən bölgəyə köçən kürdlərə ötürülür. Şübhəsiz ki, bütün bunlar məntəqənin demoqrafik tərkibinin kürdlərin xeyirinə dəyişməsinə səbəb olur.
Kürd terror qruplaşmaları isə kürdləşdirmə prosesini sürətləndirmək məqsədi ilə bölgədə vaxtaşırı terror aktları həyata keçirir.

N.S
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed