Şrift:
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
12.07.2019 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan əyalətinin aşıqları və bölgənin aşıq sənətindən bəhs edən “Bərdəstan-i Əlvənd” kitabı işıq üzü görüb.

Kitabın müəllifi Qadir Şəhsəvari uzun illər gənc aşıqlar üzərində araşdırma apardıqdan sonra belə bir əsər yaradıb. Kitab “Surə” Nəşriyyatı tərəfindən nəşr olunub.

Qadir Şəhsəvari kitabın müqəddəməsində aşıq sənətini türk ədəbiyyatı, tarixi və mədəniyyətinin qiymətli mirası kimi dəyərləndirib. O qeyd edib ki, əsəri yazmaqdan məqsəd digər məntəqələrlə oxşarlıq və fərqini nəzərə alaraq Həmədanın türk musiqisinin tarixinə işarə etmək və bu qiymətli xəzinəni qoruyub saxlamaqdır.

Kitabın sonunda Həmədan aşıqlarının ifa etdiyi 30 aşıq mahnısı dərc olunub, bu hissə kitabın dəyərini daha da artırıb.

Dədə Heydər, Ustad Haqrza Fitri, Maşallah Rəssam, Əmir Fərahani, Fərəculla Xoşqiyafə, Xudayar Əliyar və daha bir neçə ustad saz-söz adamı Həmədan Əyalətinin məşhur aşıqlarından sayılır. Onların əksəriyyəti yaşlansa da yenə də aşıq sənətini inkişaf etdirmək üçün əllərindən gələni edirlər.

N.S
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed