Şrift:
Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası müzakirə olunub
30.07.2019 [09:41] - Xəbərlər, Türk dünyası-Turan
Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası olduqca vacibdir və bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi son aylar lazımi layihələr həyata keçirir.

Bu fikri Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov Ukraynanın Kirovoqrad vilayəti, yerli Znamenski prokurorluğunun Maloviski şöbəsinin rəisi İsa Tanrıverdiyevlə görüşündə söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dünya azərbaycanlılarının doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək verir.

E.Məmmədov deyib ki, Azərbaycan diaspor təşkilatlarının daha da güclü olması üçün xaricdə yaşayan savadlı soydaşlarımız, dövlət məmurları diaspor fəaliyyətində dəstəkləri vacibdir.

Görüşə görə təşəkkürünü bildirən İ.Tanrıverdiyev bildirib ki, son illər Ukraynanın dövlət qurumlarında çalışan azərbaycanlıların sayının artmasını sevindirici hal kimi qiymətləndirib.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed