Şrift:
Ərdəbilli “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər
12.11.2019 [12:21] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil şəhərindən olan “Traxtur” futbol komandasının tərəfdarları zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədi ilə təbii fəlakət bölgəsinə gediblər.
Onlar təbii fəlakətdən zərərçəkənlərə yardım etməklə yanaşı hadisə yerindən video və görüntülər də yayıb. Vərənkeş kəndində çəkilən bir videoda fəallar əhalinin ehtiyaclarını sadalayıb. Onlar zəlzələ bölgəsində yemək, içməli su, qızınmaq üçün vasitələr, geyim, dava-dərman və s. kimi yardımlara ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın Doğu Bölgəsində baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Dövlətin bölgəyə etdiyi yardım heç nəyi həll etmir. Sarabda istilik vasitələri olmadığı üçün çadırda qalanlardan ikisi dəm qazından zəhərlənərək ölüb. Soyuq hava şəraiti bölgədəki vəziyyəti daha da ağırlaşdırıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed