Şrift:
Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib
05.04.2020 [11:03] - Gündəm, Türk dünyası-Turan
Koronavirusla əlaqədar Özbəkistanda aprelin 5-dən karantin rejimi daha da sərtləşdirilib.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, bu gündən küçəyə velosiped və skuterlərlə də çıxmaq qadağan olunub.

Xatırladaq ki, Özbəkistanda martın 16-dan aprelin sonunadək xarici ölkələrlə nəqliyyatın, martın 27-dən vilayətlər arasında ictimai nəqliyyatın hərəkətinə, martın 30-dan aprelin 20-dək fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Ölkədə koronavirusa tutulanların sayı 266 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed