Şrift:
Avropa Birliyindən İrana növbəti sanksiya
16.10.2012 [13:58] - Siyasət
Lüksemburqda məşvərət iclası keçirən Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıblar. İqtisadi sahə ilə əlaqədar sanksiyalardan ən ağırı isə Avropa ölkələrinə İrana neft məhsullarının dəniz nəqliyyatında istifadə edilən yüksək tonnajlı tanker gəmilərin satışına qadağa qoyması olub. Sanksiyalardan sonra İranın onsuz da ağır vəziyyətdə olan neftçıxarma sənayesinin daha da çətin vəziyyətə düşəcəyi isə labüddür . Belə ki, İran çıxardığı neftin 90 faizini dəniz yolu ilə dünya bazarına ixrac edir. Hazırda İranın əlində olan tanker donanması ölkədən ixrac edilən neftin sadəcə 60 faizinin daşıma imkanına malikdir. Əldə olan tankerlərin çoxu isə 35-30 illik köhnə gəmilərdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed