Şrift:
Azərbaycan Prezidentinin COVID-19-a qarşı vaksinlərin ölkəyə gətirilməsi barədə fikirləri Avropa İttifaqının nəşrində dərc edilib
01.09.2020 [12:00] - Xəbərlər, Siyasət
Avropa İttifaqının “Bridge” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışındakı çıxışından fikirlərin yer aldığı yazı dərc edilib.

Yazıda Prezidentin çıxışında COVID-19-a qarşı vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı bir neçə ölkə ilə iş aparıldığı barədə vətəndaşları məlumatlandırdığı bildirilir.

Dövlət başçısı deyib: “Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik”.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed