Şrift:
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
15.09.2020 [11:13] - Gündəm, Hərb
Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, atəşkəs rejiminin düşmən tərəfindən kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub. Əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed