Şrift:
Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb
29.10.2011 [19:56] - Gündəm
Türkiyənin Van bölgəsində oktyabrın 23-də baş vermiş zəlzələ nəticəsində ölən və yaralananların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.

Türkiyə baş nazirinin müavini Bəşir Atalay ölənlərin sayının 582 nəfərə çatdığını bildirib. Yaralıların sayı 4152 nəfərdir. Dağıntılar altından 231 nəfər sağ çıxarılıb.

B. Atalay Van şəhərində dağılan 6 binanın 5-də, zəlzələnin episentri olan Van bölgəsinin Ərciş qəsəbəsində isə dağılan 65 tikilinin 58-də xilasetmə işlərinin yekunlaşdığını açıqlayıb. O, zəlzələdən zərər çəkənlərə 35 min 257 çadırın paylandığını, bu çadırların 10%-nin xaricdən göndərildiyini söyləyib.

B. Atalay xarici ölkələrin yardımları haqda da məlumat verib. Azərbaycanın Vana 140 nəfərlik axtarış-xilasetmə qrupu, 1250 çadır, 700 yataq dəsti, 40 generator, 40 mətbəx avadanlığı və 5 min örtük (odeyal) göndərdiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed