Şrift:
Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar
05.04.2021 [10:44] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Təhsil Nazirliyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağın musiqi tarixi - aşıq sənəti" adlı gənc aşıqlar onlayn respublika müsabiqəsində uğurla çıxış ediblər.

İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdi Aynəddin Alışov (müəllim Təşəkgül Əmralıyev) 18-20 yaş qrupu kateqoriyası üzrə II yerə layiq görülərək laureat adını qazanıb.

Digər şagirdlər - Zaur Əliyev və Əmirxan Məmmədov həvəsləndirici diplomla təltif olunublar.
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed