Şrift:
Gürcüstanın Baş naziri ölkə müsəlmanlarını təbrik edib
13.04.2021 [05:53] - Xəbərlər, Siyasət
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Hökumət başçısı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

İ.Qaribaşvili müsəlmanlara inam, səbir və müqəddəs Ramazan ayını layiqincə başa vurmağı arzulayıb.

Hökumət başçısı yazır: “Mən sizin ümumi vətənimiz olan Gürcüstanın ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”.

İ.Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed