Şrift:
Gürcüstanda koronavirusla mübarizə ilə əlaqədar yeni tədbirlər planı hazırlanıb
27.04.2021 [10:09] - Gündəm, Sosial
Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir. Ölkənin Baş nazirinin tapşırığına əsasən, Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oksigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.

Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahından məlumat verilib.

Bildirilib ki, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq. Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib ki, mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayı əlavə olunacaq.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 14 min aktiv xəstə var.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed