Şrift:
İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub
05.05.2021 [10:53] - Gündəm, Hadisə
Mayın 5-də yerli vaxtla saat 8:24 dəqiqədə İndoneziyanın Qərbi Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.

Yeraltı təkanların Mentavay adalarındakı Tuapect kəndindən 3 kilometr cənub-qərbdə, ocağının 29 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 1382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed