Şrift:
Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır
05.05.2021 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun sözlərinə görə, Ərdəbil Əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş direktoru əyalət ərazilərində “Quraqlığı İdarəetmə Qərargahı”nın yaradıldığını elan edib.

"Meteoroloji təşkilatın bu il hökm sürəcək quraqlıqla bağlı proqnozlarına görə, Ərdəbil Əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsində Quraqlıqı İdarəetmə Qərargahı yaradıldı”-deyə, Səid Şəhənd mətbuata açıqlamasında bildirib.

O, qərargahın quraqlıqla əlaqədar Ərdəbil əyalətində görəcəyi işlərdən danışıb. Bildirib ki, vəhşi heyvanlar üçün yem tədarükü görüləcək. Bununla yanaşı vəhşi təbiətdə süni su anbarlarının inşası və yenidən qurulması nəzərdə tutulur.

Səid Şəhənd bildirib ki, qərargah habelə meşə sahələrindəki vəhşi heyvanların xəstəlikləri öyrənəcək, zərərvericilərin qarşısının alınması üçün tədbirlər planı hazırlayacaq.

Bundan başqa mümkün yanğınlara nəzarət və mübarizə üçün sürətli bir reaksiya qrupunun yaradılması qərargahın qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd edək ki, 18 min kvadrat kilometr ərazisi olan Ərdəbil əyalətində yağıntının miqdarı azalıb. Bu ilin əvvəlindən yaz yağışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 70-80 faiz azaldığı müşahidə edilib.

Ərdəbil əyalətində ümumi sahəsi 245.000 hektardan çox olan “Ağ Dağ”, “Muğhan”, “Neur”, “Şorabil”, “Gəndiman”, “Dərbənd”, “Məşkul”, “Anzan” və Xoruzlu da daxil olmaqla üç qoruq və beş ov edilməsi qadağan olan ərazi var mövcuddur.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed