Şrift:
Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur
27.05.2021 [10:20] - Gündəm, Sosial
Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan gömrük-keçid məntəqələri ilə iyunun 1-dən etibarən gediş-gəlişin bərpası gözlənilir.

Yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.

Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci qərarın Gürcüstan hökuməti tərəfindən verildiyini bildirərək deyib: “Bu, sərhəd qapılarında hərəkətlilik üçün əhəmiyyətli addım oldu. Ardahanın Posof qəsəbəsindəki Türkgözü və Çıldır qəsəbəsindəki Çıldır gömrük-keçid məntəqələri iyunun 1-dən etibarən vətəndaşların xidmətinə açılacaq”.

Çetin Demirci bildirib ki, qarşılıqlı gediş-gəliş mənfi PCR testi ilə COVID-19 əleyhinə peyvənd arayışının təqdim olunması əsasında gerçəkləşəcək. Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə səfərin üçüncü günü yenə də koronavirus testi verməlidirlər.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed