Şrift:
Qırğızıstanda soydaşımızın rəhbərlik etdiyi “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub
04.06.2021 [10:32] - Xəbərlər, Mədəniyyət
Qırğızıstanda fəaliyyət göstərən “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub.

Medalı Qırğızıstanın “Piramida” dövlət teleradio şirkətinin baş direktoru Dooronbek Adaxanov “Türkel”in prezidenti, soydaşımız Hökumə Xəlilovaya təqdim edib.

D.Adaxanov çıxışında bildirib ki, “Türkel” uzun illərdir Qırğızıstan media məkanında fəaliyyət göstərir. “Türkel” Orta Asiya ölkələri və Türkiyədə tanınan “Altın körpü” jurnalını, “Türkel” qəzetini və bir neçə populyar portalı özündə birləşdirən media qrupudur. Neçə illərdir ki, “Piramida” kanalında qrupun prezidenti Hökumə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli türk dünyasını əhatə edən “Dostluq körpüsü” adlı proqramı uğurla aparırlar. Verilişdə türk dünyasının, o cümlədən Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı işıqlandırılır.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed