Şrift:
Lənkəranda “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib
04.06.2021 [10:33] - Gündəm, Sosial
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib.

Aksiyada idarənin əməkdaşları, Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri, könüllü gənclər və idmançılar iştirak ediblər.

Aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhərinin sahilboyu ərazisindən keçən hissəsi məişət tullantılarından təmizlənib.

Aksiya çərçivəsində, həmçinin ərazidə təmizlik işləri aparılıb, həmin ərazilərdə İdarə tərəfindən hazırlanmış maarifləndirici lövhələr vurulub.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed