Şrift:
Türkiyədə təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib
21.06.2021 [11:02] - Xəbərlər, Türk dünyası-Turan
Artıq bir neçə gündür Türkiyə ərazisində təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Anadolu Agentliyinə istinadla xəbər verir ki, yağan leysan yağışı səbəbindən ölkənin bir çox vilayətlərində sel, torpaq sürüşməsi, daşqın kimi bir sıra problemlər yaranıb.

Türkiyənin Aydın, Kütahya, İzmir və bir sıra digər vilayətlərində yağan leysan yağışı selə səbəb olub. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb, torpaq sürüşməsi meydana gəlib, bəzi bölgələrdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Bəzi ərazilərdə sel suları avtomobilləri aparıb. Yüksək bölgələrlə əlaqə kəsilib.

Kütahyada daşqın ehtimalına qarşı bölgədəki “Hasanlar” su hövzəsində suyun bir miqdarı boşaldılıb.

Qeyd edək ki, hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bu xəbər oxucular tərəfindən 2680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed