Şrift:
Əfqanıstanda sülhün bərqərar olması məsələsi müzakirə edilib
15.07.2021 [10:42] - Xəbərlər, Siyasət
Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin Tacikistanda keçiriləcək görüşü çərçivəsində Pakistan xarici siyasət idarəsinin rəhbəri Şah Mahmud Kureyşi əfqanıstanlı həmkarı Məhəmməd Hənif Atmarla görüşüb.

Tacikistan mətbuatına istinadla xəbər verir ki, görüşdə “Taliban” hərəkatının qonşu dövlətlərin sərhədlərinə yaxınlaşması, bəzi hissələrə nəzarət etməsi, Əfqanıstanda sülhün və sabitliyin yaradılması və digər məsələlər müzakirə olunub.

Şah Mahmud Kureyşi siyasi sabitliyin əldə olunması üçün danışıqların davam etdirilməsinə, münaqişə tərəflərini yaranan tarixi şansı əldən verməməyə, Əfqanıstanın bütün ərazisində atəşkəs əldə olunmasına çağırıb.

Pakistanlı nazir vurğulayıb ki, “Taliban” hərəkatının qonşu dövlətlərin ərazisinə yaxınlaşması və təxribatçı hərəkətlərə yol açması Əfqanıstanda sülhün əldə olunmasının qarşısına sədd çəkir.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed