Şrift:
Kitabxana əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar
05.08.2021 [11:20] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş igid oğullarımızın Üçüncü Fəxri xiyabandakı məzarlarını ziyarət ediblər.

Kitabxanadan bildirilib ki, kitabxana əməkdaşları hər bir şəhidi ayrı-ayrılıqda yad edib, onların döyüş yollarından və qəhrəmanlıqlarından danışıblar.

Vətən müharibəsi böyük Qələbəmizin ən şanlı səhifələrindən biridir. Ölməz şəhidlərin ruhlarını yad etmək hər bir kəsin vətəndaşlıq borcudur.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada şəhidlərə və Milli qəhrəmanlara həsr olunmuş guşələr yaradılıb, kitab sərgiləri təşkil olunub. Mərkəzi Kitabxanada “Tarix yazan igidlərimiz” layihəsi həyata keçirilir. Layihə əsasında şəhidlərə həsr olunmuş videoçarxlar və informasiya məktubları hazırlanır və oxuculara təqdim edilir, layihə əsasında tanıdılan hər bir şəhid ailəsi ilə əlaqə saxlanılır və şəhidin həyat yolu işıqlandırılır.

Kitabxananın əməkdaşları qeyd ediblər ki, hər bir şəhid bizim qürur mənbəyimizdir. Şəhidlərin məzarları önündə Qarabağ və Vətən haqqında şeirlər səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed