Şrift:
Yeniyetmə şahmatçılarımız dünya kubokunun finalına vəsiqə qazanıblar
06.08.2021 [10:11] - Gündəm, İdman
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir.

10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

Artıq on yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On turdan sonra 10 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kubokunun final mərhələsi keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed