Şrift:
Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək
06.08.2021 [10:15] - Xəbərlər, Türk dünyası-Turan
Avropa İttifaqı (Aİ) Qazaxıstanda quraqlıqdan zərər çəkənlərə dəstək olmaq üçün 200 min avro humanitar maliyyə yardımı ayıracaq.

Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən verilən məlumata görə, Mangistau və Türküstanın quraqlıqdan ən çox təsirlənmiş bölgələrində təxminən 6 min adam yardım alacaq. Avropa İttifaqı quraqlıq nəticəsində dolanışıq və qida qaynaqlarının itirilməsindən sonra gündəlik ehtiyaclarını ödəmək üçün ən çox zərər çəkənlərə Qazaxıstanın Qızıl Aypara Cəmiyyəti tərəfindən təcili yardımın göstərilməsini dəstəkləyir.

Qeyd edək ki, bu yay güclü istilər üzündən Qazaxıstanda təbii su hövzələri və otlaqlar quruyub. Bir çox rayonlarda heyvanlar aclıqdan həlak olub. Quraqlıq, gəlir mənbəyi tamamilə heyvandarlıqdan asılı olan ölkədə təxminən 70 min insana təsir edib.
Bu xəbər oxucular tərəfindən 3251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed