Şrift:
Azərbaycan Texniki Universitetinin yeni loqosu hazırlanıb
17.08.2021 [15:10] - Gündəm, Mədəniyyət
Azərbaycan Texniki Universitetinin (AzTU) yeni loqosu hazırlanıb.

Universitetdən bildirilib ki, loqonun tərtibatında təhsil, texniki, etibarlı, standart kimi açar sözlərdən istifadə olunub. Loqo şərti olaraq AzTU sözü kimi oxunur. Loqonun üzərində tacı xatırladan hissə, açılmış kitabın öndən görünən hissəsi kimi əks olunub. Bu da simvolun elm və təhsil mərkəzinə məxsus olduğunu bildirir. Açılmış kitab görüntüsünün ən üst hissədə yerləşməsi isə təhsilin vacibliyini ifadə edir.

Loqoda istifadə olunan digər elementlər də müasir dövrün texniki xarakteristikasını özündə əks etdirir.

Yeniliklər bununla bitmir. Belə ki, yaxın vaxtlarda AzTU-nun yenilənmiş saytının da istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, həm loqo, həm də saytın tərtibatı haqqında geniş məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed