Şrift:
Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlər Rusiyada maraqla qarşılanıb
18.08.2021 [13:21] - Gündəm, Mədəniyyət
Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin yazdığı kitabların satışı Rusiyada avqustun 16-da pik həddinə çatıb. Bu, “Taliban”ların yerli hakimiyyəti devirdikləri tarixə təsadüf edib.

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “LitRes” kitab satışı kompaniyası məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

X.Hüseyni 1965-ci ildə Əfqanıstanın Kabil şəhərində diplomat ailəsində anadan olub. 1980-ci ildə onun ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Onun romanlarının süjeti Əfqanıstanda törədilən faciəvi hadisələr fonunda cərəyan edir, əsərin qəhrəmanları olan adi insanlar müharibə və siyasi çevrilişlərin qurbanlarına çevrilir.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed