Şrift:
Avropa birinciliyinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparır
18.08.2021 [13:53] - Gündəm, İdman
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını davam etdirir.

qitə birinciliyinin ikinci günündə - avqustun 18-də daha 3 cüdoçumuz qüvvəsini sınayır. Belə ki, təmsilçilərimiz Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə və Toğrul İbrahimov (hər ikisi 73 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Cüdoçularımızdan Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.

Yekunda 6 medal qazanan millimiz komanda hesabında birinci yeri tutub. Nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed