Şrift:
ABŞ-da güclü daşqınlar nəticəsində 35 nəfər itkin düşüb
19.08.2021 [14:15] - Gündəm, Hadisə
ABŞ-ın Şimali Karolina ştatında “Fred” tropik qasırğasının səbəb olduğu güclü daşqınlar nəticəsində azı 35 nəfər itkin düşüb.

CNN telekanalına istinadla xəbər verir ki, itkin düşənlərin axtarışı və əhalinin təhlükəsizliyinin təmin olunması üçün qasırğadan daha çox zərər görən rayonlara xilasedici qruplar göndərilib. Hazırda 50-dən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, Karib dənizində Puerto-Rikodan cənubda formalaşan “Fred” tropik qasırğası artıq posttropik siklon səviyyəsinə ensə də, tornadoya səbəb ola biləcək və küləyin sürəti saatda 70 milə (112 kilometrə) çatan tufan gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed