Şrift:
Monteneqroda “Türkiyə filmləri günləri” təşkil ediləcək
06.10.2021 [10:19] - Gündəm, Mədəniyyət
Oktyabrın 7-dən Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə Monteneqroda “Türkiyə filmləri günləri” keçiriləcək.

7-29 oktyabr tarixlərində türk filmləri Monteneqronun ən çox izlənilən və bütün Balkan ölkələrində yayımlanan “Prva” kanalında altyazı ilə nümayiş olunacaq.

Yunus Əmrə İnstitutu bununla türk kinosunun nümunələrini böyük tamaşaçı kütləsinə çatdırmağı hədəfləyir. COVID-19 pandemiyası dövründə Türkiyə istehsalı olan “Bütün xoşbəxtliklər mümkündür”, “Pul qoxusu” və “Bizim üçün çempion” filmləri Balkan ölkələrində kino həvəskarlarına təqdim ediləcək.

Oktyabrın 29-u Türkiyə Cümhuriyyət Bayramında isə “Ərtoğrul 1890” filminin xüsusi nümayişi olacaq.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed