Şrift:
Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 33,6 faiz artıb
28.10.2021 [10:40] - Gündəm, Sosial
Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun da 168032-si və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-sentyabr aylarında açılmış 34121 bank hesabının 34081-i aktiv hesablar olub.

2021-ci il 1 oktyabr tarixinə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,6 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed