Şrift:
Devid Bekhem Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının reklam siması olacaq
29.10.2021 [09:46] - Gündəm, İdman
Futbol dünyasının canlı əfsanələrindən sayılan britaniyalı Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının reklam siması olacaq.

Bununla bağlı Dohada D.Bekhem ilə Qətər Futbol Federasiyası arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 46 yaşlı D.Bekhem on il ərzində Qətərin futbol səfiri kimi ölkənin turizm potensialının və mədəniyyətinin təbliğində fəal rol oynayacaq.

Sabiq futbolçunun bu müqavilə ilə 150 milyon funt-sterlinq gəlir əldə edəcəyi gözlənilir.

D.Bekhemin Qətər Dövləti ilə əməkdaşlığı 2013-cü ildə “Paris Sen-Jermen” klubunda çıxış etdiyi dövrdə başlayıb.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed