Şrift:
Si Cinpin və Cozef Bayden arasında virtual görüş keçirilir
16.11.2021 [10:38] - Xəbərlər, Siyasət
Çin Xalq Respublikasının Sədri S Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında virtual görüş keçirilir.

Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Görüşüb mətbuat üçün açıq hissəsində Çin lideri bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın 2 ən iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların və əməkdaşlığın gücləndirməsinə ehtiyac var.

Si Cinpin tərəflərin bir-birinə hörmətlə yanaşmalı olduqlarını vurğulayaraq, iqlim dəyişikliyi və COVID-19 pandemiyası kimi qlobal çağırışlara effektiv cavab daxil olmaqla, sülhpərvər və sabit beynəlxalq mühitin təminatı üçün iki ölkənin münasibətlərini dərinləşdirməsinə ehtiyac olduğunu deyib.

O, Çin-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəli aparılması üçün Prezident Cozef Baydenlə işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Cozef Bayden ABŞ prezidenti kimi vəzifəsinə başladıqdan sonra Si Cinpin ilə 2 dəfə telefonla danışıb.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed